
Xiaomi'dən Mi Play adlı yeni smartfon gəlir
Elm & Texnologiya
18.12.2018
Emil
Xiaomi şirkəti bir neçə müddət bundan öncə Mi Play adlı yeni smartfon modelinin təqdim olunacağına işarə edirdi. İndi isə şirkət yeni smartfonun təqdimat tarixini elan edib. Çinin Weibo adlı sosial şəbəkəsində təqdim edilmiş posterə əsasən smartfon 24 dekabr tarixində Çində təqdim ediləcək. Sözügedən cihaz Play adlı yeni seriyanın ilk smartfonu olacaq. Təəssüflər olsun ki, smartfon barəsində heç bir dəqiq məlumat yoxdur. Bəzi mənbələrin verdikləri məlumatlara əsasən bu, Pocophone F1 modelinin Çin üçün hazırlanmış veriyası ola bilər. Əgər bu məlumat düz çıxsa deməli smartfon Full HD+ keyfiyyətli 6.18 düym IPS ekran, Snapdragon 845 prosessoru, sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya və maye soyuducu sistemlə təchiz olunacaq. Onun güman olunan qiyməti isə 300$ olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
