main-post-cover

    Xiaomi'dən MİUİ 11 üçün bir yenilik daha: Sunlight Mode

    Elm & Texnologiya
    20.11.2019
    Nijat Hamid
            Keçən ay MİUİ 11 interfeysini cihazları üçün yayımlayan Xiaomi bir sıra yeniliklər gətirmək üçün çalışır. MİUİ 11 interfeysi əvvəlki MİUİ 10-a nəzərən daha stabil və performanslı olması ilə əlaqəli çox bəyənildi. Bunu görən şirkət çox keçmədən istifadəçilərə yeni funksiyalar təqdim etməyə hazırlaşır. Sunlight Mode, yəni Gün işığı modu istifadəçilər cihazlarını gün işığı altında işlədərkən parlaqlıq səviyyəsini maksimuma çıxardaraq ekranın daha dəqiq görünməsini təmin edəcək.

    Sunlight Mode, hal-hazırda Redmi K20 Pro və Mİ 9T Pro'nun MİUİ 11 versiyasında ortaya çıxıb.

            MİUİ 11 baza kodlarında ortaya çıxan məlumatlara əsasən 5 saniyə ərzində işığın şiddəti 12.000 lümeni keçəndə mod avtomatik aktivləşir. Mod aktivləşən zaman parlaqlıq ola biləcək ən maksimal səviyyəyə çıxarılır. Əgər ortamın işığı 2 saniyəlik də olsa 12.000 lümen altına düşərsə parlaqlıq əvvəlki vəziyyətinə qayıdır. Bu mod cihazlarda olan işıq sensorlarını istifadə edərək bu parametrləri təyin edir. Güman edilir ki, MİUİ 11 dəstəkləyən bütün Xiaomi modellərinə bu yenilik gələcək. 
    Linki kopyala