Xiaomi'dən yenə maraqlı bir məhsul: Ağıllı Yataq 8HMilan
Elm & Texnologiya
29.11.2019
Nijat Hamid
Xiaomi mobil cihaz bazarına girməzdən əvvəl fərqli-fərqli məişət əşyalarının istehsalı ilə tanınmağa başladı. Sonralar şirkət bunu marketinq planı olaraq həyata keçirərək bu gün də davam etdirir. Şirkət bu səfər isə ağıllı yataq 8H Milan məhsulunu təqdim etdi. Bu yataq səslə idarə edilə bilir və 5 fərqli modu var. İstifadəçilərin yatağın əyilmə bucağını istədikləri kimi dəyişə bilirlər.
8H Milan yatağı səs və ya düymələr ilə idarə edilə bilir və 5 fərqli mod arasında keçid edir.
Ağıllı yataqdakı 5 fərqli mod belədir: Düz, oxuma, xoruldama tədbiri, TV izləmə və 0 cazibə qüvvəsi modları mövcuddur. Səsdən əlavə düymələr ilə də idarə edilə bilən yataq bel hissəsindı 60 dərəcə, ayaq hissəsində isə 30 dərəcəyə qədər dəyişdirilə bilir. Xiaomi iddia edir ki, bu yataq 1000 kq-a qədər dayana bilir və 10 illik ömrü var. Hazırlanma materialı olaraq isə şüşə liflərdən və paslanmayan poladdan istifadə edilib.
8H Milan ağıllı yatağı 3 Dekabrdan etibarən satışda olacaq və ilkin qiyməti isə 285 Dollar-dır. Məhsulun çin bazarından başqa hansı ölkələrdə satılacağı hələki bəlli deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)