Reklam
Xiaomi-dən yeni Mi Pad 5 planşet seriyası - QİYMƏTİ

Xiaomi-dən yeni Mi Pad 5 planşet seriyası - QİYMƏTİ

Texnologiya
11.08.2021 PAYLAŞIM

    Uzunmüddətli fasilədən sonra Xiaomi şirkəti Mi Pad planşet seriyasının yeni modellərini təqdim edib. Təqdim edilmiş yeni Mi Pad 5 seriyasına 3 planşet modeli daxil olub: Mi Pad 5, Mi Pad 5 ProMi Pad 5 Pro 5G. Mi Pad 5 və Mi Pad 5 Pro modelləri öz aralarında yalnız prosessor, batareya həcmi və arxa kamera sayı ilə fərqlənirlər. Digər bütün özəlliklər hər iki planşetdə eynidir. Planşetin 5G versiyası isə sadəcə olaraq 5G şəbəkə dəstəyi və kamera göstəriciləri ilə fərqlənir. Beləliklə planşetlər 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 11 düym IPS ekran ilə təchiz olunublar. Planşetlərin ekranları HDR10 Dolby Vision texnologiyalarını dəstəkləyirlər.


    Mi Pad 5 Pro modeli həmçinin 8 ədəd səsgücləndiricidən ibarət olan akustika sisteminə sahibdir və Dolby Atmos texnologiyasını dəstəkləyir. Adi Mi Pad 5 modeli Snapdragon 860 prosessoru, Mi Pad 5 Pro isə Snapdragon 870 prosessoru ilə təchiz olunub. Planşetlər 6 GB RAM-a və 128/256 GB daxili yaddaşa sahibdirlər. Bununla yanaşı Mi Pad 5 modeli 33 vatt gücündə sürətli şarj texnologiyalı 8720 mAh, Mi Pad 5 Pro modeli isə 67 vatt gücündə sürətli şarj texnologiyalı 8600 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Kameralara gəldikdə isə adi Mi Pad 5 modeli 13 MP-lik arxa kamera və 8 MP-lik ön kamera, Mi Pad 5 Pro modeli 13 MP + 5 MP ikili arxa kamera və 8 MP-lik ön kamera, Mi Pad 5 Pro 5G modeli 50 MP + 5 MP ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub. Planşetlərin imkanlarını stilus və klaviatura ilə genişləndirmək mümkündür. Planşetlər MIUI for Pad interfeysi vasitəsilə çalışacaqlar. Onların müxtəlif regionlar üzrə satış qiymətləri və satış tarixləri barəsində məlumat şirkət tərəfindən daha sonra veriləcək. Lakin planşetlərin Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq:

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung 3 nanometrlik prosessorların istehsalına start verib

Samsung-un 3 nanometrlik prosessorları istehsal etməyə başladığı barəsində məlumat şirkətin rəsmi sa..


Xiaomi Mi Band 7 Pro smart qolbağının dizaynı rəsmi şəkildə sərgilənib

Xiaomi şirkəti Mi Band 7 Pro smart qolbağının yaxın zamanda satışa çıxacağını təsdiqləyib...


Braziliya da öz regionundakı smartfonlarda vahid USB Type-C girişindən istifadən..

Braziliyanın şəbəkələr üzrə Anatel adlı nizamlayıcı orqanı USB Type-C girişini ökədə satılan bütün s..


2035-ci ildən Avropa Birliyi regionunda daxili yanma mühərrikinə sahib avtomobil..

2030-cu ilə kimi yüngül avtomobillərin karbon tullantıları 55%, yüngül kommersiya furqonlarının karb..


Instagram Azərbaycanda niyə musiqili videoları bloklayır? (AÇIQLAMA)

Son 1 hhəftə ərzində Instagram kütləvi şəkildə musiqili videoları müəllif hüquqlarının pozulması səb..


Qualcomm Snapdragon 8 Gen 2 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlu..

Qualcomm şirkəti bu il üçün yeni məhsullarının təqdimatı üzrə yol xəritəsini yeniləyib...

×