Logo
    main-post-cover

    Xiaomi fərdi mobil prosessor istehsalı üçün Samsung ilə birləşib

    Elm & Texnologiya
    28.04.2021
    Emil
        Artıq sirr deyil ki, Xiaomi şirkəti fərdi prosessor istehsal etmək arzusundadır. Bu məsələdə şirkətin ilk addımı hələ 2017-ci ildə atılmışdı. Lakin həmin vaxtdan Xiaomi-nin fərdi prosessoru barəsində məlumat ortaya çıxmamışdı. Məlum olub ki, Xiaomi bu planından imtina etməyib və yavaş-yavaş ona doğru irəliləyir. Bir sıra mənbənin verdiyi məlumata əsasən fərdi prosessor istehsalı məsələsində Xiaomi şirkəti Samsung-dan kömək istəyib. Belə ki, Samsung prosessor istehsalı sahəsində müəyyən nailiyyətlər və təcrübə əldə etmiş bir şirkətdir.
        Məlumatda qeyd edilib ki, hər iki şirkət bu mövzu ətrafında artıq 5 dəfə görüşüb. Görüşlər əsasən yüksək performanslı yeni nəsil Cortex-X2 nüvələri əsasında prosessorun yaradılmasına həsr olunublar. Gözləntilərə əsasən ARM şirkəti özünün yeni nəsil Cortex-X2 nüvəsini artıq bu il təqdim edəcək və o, Cortex-X1-in təkmilləşdirilmiş versiyası olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, Xiaomi şirkəti həmçinin Mali qrafik çiplərinin potensiallarına da böyük ümid bəsləyir və onları öz prosessorlarına inteqrasiya etməyi planlaşdırır.
    Paylaş
    Bənzər xəbərlər