
'Xiaomi' gamerlər üçün smartfon hazırlayır
Elm & Texnologiya
20.02.2018
Emil
“Xiaomi” “Nanchang Black Shark Technology” adlı yeni şirkət açıb və şayiələrə əsasən açılmış yeni şirkət gamerlər üçün smartfon istehsalı ilə məşğul olacaq.
Gamerlər üçün hazırlanacaq yeni
smartfonun texniki göstəriciləri də internetə sızdırılıb. Belə ki, məşhur
bençmark saytı olan AnTuTu-da Blackshark adlı smartfon barəsində məlumatlar əlavə
olunub. Həmin məlumatlara əsasən yeni smartfon 8 nüvəli Snapdragon 845
prosessoru, 8 GB RAM və 32 GB daxili yaddaş ilə təchiz olunacaq.

Ekranın ölçüsü
məlum olmasa da, o, 18:9 nisbətində olacaq və 2160x1080 piksel keyfiyyətinə
sahib olacaq. Çox güman ki, onlar oyunlara ola biləcək yüksək yüklənmə səbəbilə
bilərəkdən QHD+ keyfiyyətində ekranı seçməyiblər. Şirkətin smartfonu AnTuTu
testindən 270.000 xal ilə keçib. Müqayisə üçün qeyd etmək lazımdır ki, Razer
Phone adlı oyun smartfonu 100.000 xal aşağı göstərici təqdim edir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
