
Xiaomi GoPro şirkətini ala bilər
Elm & Texnologiya
13.04.2018
Emil
GoPro şirkəti artıq uzun zamandır ki, öz biznesinin
satılması barəsində düşünür. Görünür, bunun üçün yaxşı namizəd də artıq
tapılıb. Bloomberg saytının verdiyi məlumata əsasən action kameralar istehsalı
ilə məşğul olan GoPro-nu Çinin Xiaomi şirkəti ala bilər. 2014-cü ildə IPO-ya
çıxandan sonra GoPro-nun bazar dəyəri 10 milyard dollardan çox təşkil etmişdi.
İnvestorların gözləntilərini yerinə yetirmək üzrə şirkət media sahəsi üzrə
getdi və əyləncəli kontent yaratmağa başladı. Bu müddətdə rəqib şirkətlər
action kamera bazarını ələ keçirtməyə başladılar. Beləliklə GoPro-nun əsas
biznesi və səhmləri aşağı düşməyə başladı. 2015-ci ilin 4-cü rübünü şirkət böyük vəsait
itkiləri ilə başa vurmuşdu. Vəziyyəti şirkətin 2016-cı ildə təqdim etdiyi Karma
adlı dron düzəldə bilərdi.
Lakin şirkətin yeni seqmentə çıxmaq istəyi uğursuz
oldu. Bu ilin əvvəlində isə GoPro dron istehsalını dayandırdı. Hal-hazırda
GoPro təqribi olaraq 760 milyon dollar dəyərində qiymətləndirilir. Xiaomi-nin
GoPro-nu alacağı təqdirdə müqavilənin qiyməti 1 milyard dollar təşkil edə bilər.
Bu şayiələrin fonunda GoPro şirkətinin səhmləri 8.8% yüksəlib. Qeyd etmək
lazımdır ki, Xiaomi şirkəti action kameralar bazarında yenilərdən deyil. Daha əvvəllər
o, Çinin YI Technology adlı startapı ilə birlikdə kameralar istehsal edirdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
