Xiaomi HyperCharge adlı 200 vatt-lıq yeni sürətli naqilli şarj texnologiyasını təqdim edib (VİDEO)

Xiaomi HyperCharge adlı 200 vatt-lıq yeni sürətli naqilli şarj texnologiyasını təqdim edib (VİDEO)

Texnologiya
31.05.2021 PAYLAŞIM

    Xiaomi şirkəti dünyanın 200 vatt gücündə olan ilk sürətli naqilli şarj texnologiyasını təqdim edib. Bundan əlavə olaraq şirkət həmçinin 120 vatt gücündə sürətli şarj texnologiyasına sahib naqilsiz şarj stansiyasını da təqdim edib. Sözügedən yeni texnologiyaları Xiaomi öz Youtube kanalında xüsusi video ilə sərgiləyib. Xiaomi-nin yeni 200 vatt-lıq sürətli şarj texnologiyası HyperCharge adını əldə edib. Təqdim olunmuş videodan da görmək olar ki, sözügedən texnologiyanın testini aparmaq üçün şirkət 4000 mAh enerji tutumlu xüsusi batareyaya sahib Mi 11 Pro flaqman smartfonundan istifadə edib. Bu smartfon üçün olan xüsusi batareyanın hazırlanmasında elə materialdan istifadə olunub ki, o, şarj sürətini artırmaqla və cihazın temperaturunu aşağı salmaqla batareyanın daxilindəki müqavimət səviyyəsini azaldır.


    Beləliklə test çərçivəsində 200 vatt gücündə olan sürətli naqilli şarj texnologiyası sayəsində smartfon 100% enerjini 8 dədiqəyə yığıb. 120 vatt gücündə olan naqilsiz şarj stansiyası isə bu göstəricini 15 dəqiqəyə əldə edib. Daha sonra Digital Chat Station ləqəbli məşhur çinli insayder bu texnologiyaların fərdi testlərini apararaq Xiaomi-nin təqdim etmiş olduğu nəticələri təsdiqləyib. Lakin maraqlısı ondadır ki, insayder daha yaxşı nəticələr əldə edib. Belə ki, onun apardığı testlər nəticəsində smartfon 200 vatt-lıq sürətli şarj texnologiyası vasitəsilə 100% enerjini 6 dəqiqə 55 saniyəyə, 120 vatt-lıq sürətli naqilsiz şarj stansiyası vasitəsilə 100% enerjini isə 14 dəqiqə 17 saniyəyə yığıb. Təəssüflər olsun ki, şirkət sözügedən yeni şarj texnologiyalarının smartfonlara nə zaman inteqrasiya olunacağı barəsində məlumat verməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×