Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Texnologiya
09.04.2021 PAYLAŞIM

    Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi OPPO özlərinin 5G prosessorlarını təqdim etməyə hazırlaşırlar. İnsayderlər bu şirkətlərin prosessorlarının nə zaman istifadəyə veriləcəyini bildiriblər. Bu barədə Digitimes saytı xəbər verib. Verilmiş məlumatda qeyd edilib ki, Xiaomi və OPPO şirkətləri Şanxayın Fabless Unisoc adlı zavodu ilə birlikdə güclərini birləşdirərək ya bu ilin sonunda ya da gələn ilin əvvəlində 5G prosessorlarını təqdim edəcəklər. Analitiklərin fikirlərinə əsasən hər iki şirkət Huawei ilə baş vermiş hadisələri nəzərdən keçirdərək bu cür addım atmağı planlaşdırır. Belə ki, onlar gələcəkdə Huawei şirkətinin hal hazırda olduğu vəziyyətə düşmək istəmirlər.

    Hələ bir neçə müddət bundan öncə Xiaomi özünün təsvir emalı prosessoru olan Surge C1-i təqdim etmişdi. OPPO isə öz növbəsində Qualcomm-un keçmiş top menecerlərindən birinin rəhbərliyi altında fərdi mobil prosessor istehsalı planına sahibdir. Bazarda olan rəqabətin daha yüksək səviyyəyə çatdırılmasından əlavə olaraq fərdi prosessorların istehsalı Xiaomi və OPPO smartfonlarının performansları ilə enerji sərfiyyatlarının daha yaxşı optimizasiya olunmasına şərait yaradacaq. Qeyd etmək lazımdır ki, Google şirkəti də öz smartfonları üçün fərdi prosessorlar üzərində çalışmaq ilə məşğuldur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..

×