main-post-cover

    Xiaomi keçən ilki Mi Note 10 smartfonunun Lite versiyasını təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    30.04.2020
    Emil Nəcəfov
        Xiaomi şirkəti dünənki online təqdimat çərçivəsində keçən ilki Mi Note 10 smartfon modelinin Lite versiyasını təqdim etdi. Sözügedən smartfonun qiymətini aşağı salmaq üçün şirkət onun texniki özəlliklərini sadələşdirib və gövdəsinin dizaynında bir sıra dəyişikliklər edib. Adi Mi Note 10 modellərindən Lite versiya kamera göstəriciləri ilə fərqlənir.
        Lite model keçən ilki Mi Note 10-dan eyni gövdə ölçüsünü, Full HD+ keyfiyyətli 6.47 düym AMOLED ekranı əldə edib. Smartfonun ekranı HDR10+ texnologiyasını dəstəkləyir və həmçinin Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Bununla yanaşı barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə Mi Note 10 Lite modeli Snapdragon 730G prosessoru, Adreno 618 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 64 MP (Sony IMX686) + 8 MP + 2 MP (makroobyektiv) + 2 MP (ToF) dördlü arxa kamera, 16 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5260 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Mi Note 10 Lite may ayının ortasında satışa çıxacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib model 349 avroya, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model isə 399 avroya satılacaq 8 GB RAM və 128 GB daxili yaddaşa sahib modelin qiyməti barəsində şirkət bir məlumat verməyib.
    Linki kopyala