Xiaomi MIUI 11.1 üzərində işləyir: Telefonlara yeni funksiyalar gələcək

Xiaomi MIUI 11.1 üzərində işləyir: Telefonlara yeni funksiyalar gələcək

Texnologiya
23.12.2019 PAYLAŞIM

        Xiaomi yeni interfeysi MİUİ 11 ilə istifadəçilərini razı sala bilmişdi. Bu səfər şirkət çox keçmədən MİUİ 11.1 üzərində işləməyə başlayıb. Bu versiya ilə telefonlara bir çox yeniliklər gələcək. Lakin ən əsası daha stabil və performans vəd etməsidir. Yeni versiya ilə istifadəçilərə təqdim ediləcək ən yaxşı 5 funksiyanı sizin üçün seçdik.

1. Ultra Enerji qənaət rejimi


        Yeni enerji qənaet rejimi ilə Xiaomi günlük sadəcə 5% batareya xərclənəcəyini iddia edir. Telefonlar qaranlıq rejimə avtomatik keçərək həm prosessorunun gücünü azaldaraq, həm də qaranlıq rejimin verdiyi üstünlük ilə daha çox batareya saxlayacaq.

2. Rəngli musiqi bildirişləri

        Xiaomi-nin öz musiqi tətbiqinin bildirişləri standart rənglərə malik idi. Lakin MİUİ 11.1 ilə artıq daha rəngli bildirişlər istifadəçiləri qarşılayacaq. Xiaomi tərtibatçıları bu funksiyanı Android 8.0-dən bu yana sistemə inteqrasiya etmələrinə baxmayaraq aktivləşdirməmişdilər. Yeni versiya ilə bu yenilik istifadəçilərə təqdim olunacaq.

3. Fokus rejimi (Focus Mode)

        Bu funksiya aktivləşdikdə telefon 20-90 dəqiqəlik bir kilid moduna düşür. Bu mod aktivləşəndə istifadəçilər telefonda sadəcə zənglərə və kameraya baxa biləcəklər. Digər bütün funksiya və tətbiqləri istifadə etmək mümkün olmayacaq.

4. Təkmilləşdirilmiş ekran rənglərini idarə funksiyası

        Yeni funksiya ilə artıq istifadəçilərin telefonların ekranında istifadə olunan rəngləri daha ətraflı dəyişə biləcəklər. İstədiyinizdə daha tünd rənglər və ya daha açıq rənglərdən istifadə etmək mümkün olacaq. Həmçinin qamma, kəskinlik kimi ayarları da dəyişə biləcəksiniz.

5. İnterfeys təkmilləşdirmələri və Kamera yenilikləri

        Yeni interfeyslə birliktə Təhlükəsizlik (Security) tətbiqinə qaranlıq rejimi gəlir. Həmçinin proqramlara qoyulan kilid ekranında, ana ekranda da bəzi dəyişikliklər olacaq. Kamera proqramının Pro moduna da bəzi yeniliklər gələcək. Qeyd edək ki, ekranın açılma/bağlanma animasiyaları da dəyişəcək. Health (Sağlamlıq) tətbiqi daha çox bölgəni dəstəkləyəcək. İnterfeysin cihazlara nə vaxt göndəriləcəyi hələki məlum deyil.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..


SpaceX-in Crew Dragon kosmik aparatı avtopilot sistemindən uğurla istifadə edib ..

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modu..


Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildir..


Mühəndislər 5G vasitəsilə havadan elektrik enerjisi yığan xüsusi cihaz hazırlayı..

Corciya Texnologiya İnstitutunun mühəndisləri 5G şəbəkəsinin əsasında naqilsiz şarj texnologiyasını ..

×