
Xiaomi 2019-un Noyabr ayında MİUİ 11 interfeysini istifadəçilərə təqdim etmişdi. Bu təqdimatdan dərhal sonra şirkət MİUİ 11.1 üzərində işləməyə başladı. Anlaşılan MİUİ 11.1-in işləri yekunlaşır. Şirkət artıq tərtibatçılardan bir sonrakı yenilənmə olan MİUİ 11.2-ə fokuslanmaqlarını istəyib. MİUİ 11.2 ilə dəyişəcək bütün yeniliklər aşağıdadır. MİUİ 11.1 ilə bağlı məqaləmizi burdan oxuya bilərsiniz.
MİUİ interfeysinin hava tətbiqi detallı olacaq. 5 gün yerinə 15 günlük hava məlumatları göstəriləcək.
Yeni Hava tətbiqində artıq interfeys daha da optimizasiya edilmiş olacaq. Ağ rəngli arxaplan artıq hava vəziyyətinə görə rəng alacaq. Həmçinin 5 günlük hava dəyişikləri yerinə artıq 15 günlük hava durumu göstəriləcək.
MİUİ interfeysinin animasiyaları dəyişdiriləcək. Daha axıcı animasiyalar ilə istifadəçilərə daha sürətli bir təcrübə yaşadacaq.
Gördüyünüz kimi tətbiqlərin açılma və bağlanma animasiyaları dəyişdirilib, daha optimizasiya edilmiş hala salınıb. Həmçinin naviqasiya hissəsinə də Android 10 stilində bir çubuq əlavə edilib. Bu hər nə qədər sevilsə də, deaktiv etmək mümkün olacaq.
Batareya 20%-nin altında olarkən ekrana çıxan bildirişlər də dəyişdirilib.
Hələki yeni MİUİ 11.2 interfeysinin istifadəyə nə vaxt veriləcəyi məlum deyil. Lakin gördüyümüz kimi Xiaomi MİUİ interfeysini təkmilləşdirməyə ara vermədən davam edir.
Şərh yoxdur