main-post-cover

    Xiaomi MIUI interfeysinə göz sağlamlığını qoruma sertifikatı verildi

    Elm & Texnologiya
    21.04.2020
    Nijat Hamid
            Xiaomi smartfonlarında istifadə olunan MIUI interfeysinə TÜV Rheinland qurumu tərəfindən göz sağlamlığını və rahatlığını qoruma sertifikatı verildi. TÜV Rheinland bunu Weibo platforması üzərindən istifadəçilərə bəyan etdi. Satışa çıxan son HuaweiHonor modellərinin hamsına bu sertifikat verilib.

    TÜV Rheinland qurumunun bu sertifikatı MIUI 12 interfeysinə verdiyi təxmin edilir.

            TÜV Rheinland smartfon ekranlarının göz sağlamlığını və rahatlığını təsdiq etməsi ilə bilinən bir qurumdur.  Xiaomi ilk dəfə Redmi Note 8 Pro modeli ilə Rheinland sertifikatı almışdı. Almaniya şirkəti olan TÜV Rheinland bu sertifikatın bir bənzərini MIUI interfeysi üçün verildiyini bildirdi. Lakin hansı versiyası olduğu bilinmir. Xiaomi rəsmilərindən Wang Teng isə bunun MIUI 12 olduğunu deyir. Hal-hazırda MIUI 11 artıq 7 ayı tamamlayıb və şirkət MIUI 12 üzərində işlərə başlayıb. MIUI 12 interfeysinin 27 Aprel tarixində təqdim olunması gözlənilir. 
    Linki kopyala