Xiaomi Mi 10, 3 tərəfli soyutma sistemə ilə gələcək: Yüksək oyun performansı

Xiaomi Mi 10, 3 tərəfli soyutma sistemə ilə gələcək: Yüksək oyun performansı

Texnologiya
11.02.2020 PAYLAŞIM

        Xiaomi şirkətinin həvəslə gözlənilən yeni flaqman modeli Mi 10 ilə bağlı yeni xəbərlər gəlməyə davam edir. Telefonun təqdim edilməsinə günlər qalmasına baxmayaraq, hələ də cihazın tam parametrləri bəlli deyil. 13 Fevralda internet üzərindən təqdim edilməsi gözlənilən modelin mühəndisləri tərəfindən açıqlanan məlumatlara görə Mi 10 modelini sərin tuta bilmək üçün 3 tərəfli soyutma sistemindən istifadə edilib.

Xiaomi Mi 10-un içində grafen və grafit kimi maddələr istifadə olunaraq cihazı mümkün olan ən yüksək səviyyədə soyutmaq üçün sistem hazırlanıb.

        Bundan əlavə Mi 10 modelində ənənəvi olan tək nöqtədə yerləşdirilən kontrol panelləri əvəzinə 5 fərqli nöqtəyə istiliyi idarə edən panellər yerləşdirilib. Beləliklə, Mi 10 modeli termal baxımdan bütün Xiaomi telefonlarından fərqlənəcək. Cihazın soyutma sistemi süni zəkaya malikdir. Bu süni zəka hesabına cihazın istiliyi 5 fərqli nöqtədən təyin olunur və mümkün olduqca ən aşağı səviyyələrdə tutulmağa çalışılır. 

        Xiaomi tərəfindən paylaşılan cihazın dizaynını təsdiq edən poster şəkli aşağıda göstərilib. Ən aşağıda isə 45 dəqiqəlik PUBG testindən sonra Mi 10-nun Mate 30 Pro ilə temperatur müqayisəsini görə bilərsiniz. Göründüyü kimi Mi 10, Mate 30 Pro-ya nəzərən daha az qızır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


SpaceX şirkəti 2021-ci il üçün Yer kürəsinin orbitinə turistik uçuş planlaşdırır..

SpaceX kosmik turizm ilə məşğul olan Space Adventures adlı ABŞ şirkəti ilə Yer kürəsinin orbitinə 4 ..


Windows 7 ilə çalışan kompüterlərə hackerlər tərəfindən aktiv şəkildə kiberhücum..

Keçən ayın ortasında Microsoft şirkəti Windows 7 əməliyyat sisteminin dəstəyini rəsmi olaraq dayandı..


Koronavirus səbəbilə büdcəli iPhone 9-un satışları təxirə salına bilər..

Çində yayılmağa davam edən koronavirus bir çox texnoloji şirkətlərin işlərinə təsir edib. Apple şirk..


OnePlus 8 smartfonlarının texniki özəllikləri və qiymətləri məlum oldu

OnePlus 8 smartfon seriyasının cihazlarının texniki özəllikləri barəsində məlumatlar daha əvvəllər o..


Android tətbiqləri dəstəkləyən Windows 10 əməliyyat sistemli smartfon anons edil..

Windows dəstəkli smartfonların istehsalı hələ bir neçə il bundan öncə dayandırıldı. Nəticədə Microso..


Saniyədə 7.5 Gbit yüklənmə sürəti: Snapdragon X60 adlı yeni 5G modem təqdim edil..

Qualcomm şirkəti üçüncü nəsil modem radiosistemi olan Snapdragon X60 5G Modem-RF System-i təqdim etd..