Xiaomi Mi 10-nun parametrləri və satış qiyməti sızdırıldı!

Xiaomi Mi 10-nun parametrləri və satış qiyməti sızdırıldı!

Texnologiya
13.01.2020 PAYLAŞIM

        Xiaomi şirkətinin gələn ay təqdim etməsi gözlənilən növbəti flaqman modeli Mi 10 ilə bağlı bilinən bütün məlumatları bu məqalədə topladıq. Təqdimat tarixinin yaxınlaşması səbəbilə Çinin sosial şəbəkəsi Weibo-da artıq bəzi məlumatlar ortaya çıxmağa başladı. Şirkətin məhsul direktorunun yanlışlıqla paylaşdığı məlumatlar arasında cihazın parametrləri və satış qiyməti də internetə sızdırıldı.

Xiaomi Mi 10 gələn ay təqdim ediləcək və parametrləri/satış qiyməti aşağıdakı kimi olacaq.

Bənzər xəbər


        FHD+ keyfiyyətində olan 6.5 düymlük ekrana malik olan cihazda 90 Hz yenilənmə dəstəyi olacaq. Həmçinin cihazda Snapdragon 865 prosessoru, bu prosessora inteqrasiya edilmiş daxili 5G çipi və 4.500 mAh həcmində batareyanın olacağı bildirilib. Cihazın ən güclü modelində 12 GB Ram256 GB daxili yaddaş olsa da, qiymətinə görə 8 GB Ramlı və 128 GB yaddaşlı versiyalar da olacaq. Bu flaqmanın ən üstün cəhəti isə kamera tərəfində olacaq. Mi 10 modelində 108 MP-lik Sony IMX686 sensorlardan istifadə ediləcək. Həmçinin 20 MP-lik geniş bucaq kameraya, 12 MP Telefoto və 5 MP makro lensə malik oalcaq. 

        Mi 10 modelinin sızdırılan qiyməti isə Hindistanda 35.907 Rs (Təxmini 861 Azn) başlayacağını göstərir. Bu əlbəttə telefonun ən aşağı modelinin qiymətidir. Ən yüksək modelin qiyməti isə 1231 Azn-ə qədər ola bilər. Əlbəttə bu satış qiymətləri xüsusilə Hindistan üçün nəzərdə tutulub. Region və modelə görə qiymətlər daha müxtəlif olacaqdır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..


Nüfuzlu insayder Snapdragon 8 Gen 2 flaqman prosessorunun bəzi özəllikləri barəs..

Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin yeni flaqman prosessorunun texniki ..


Neuralink-in rəqibi beyin implantlarının ABŞ-da insanlar üzərində testlərinə sta..

Elon Musk-ın Neuralink layihəsinin rəqibi olan Synchron şirkətinin sözlərinə əsasən onun beyin impla..

×