main-post-cover

    Xiaomi Mi 10E, Geekbench testində ortaya çıxdı: Exynos 990 çipseti istifadə edəcək

    Elm & Texnologiya
    08.05.2020
    Nijat Hamid
            Xiaomi şirkəti Mi 10 flaqman seriyası ilə artıq premium seqmentə keçid etmişdi. İndi isə görünən odur ki, şirkət yeni bir Mi 10 versiyası üzərində işləyir. Geekbench performans testində ortaya çıxan Xiaomi Mi 10E smartfonu digərlərindən fərqli olaraq Samsung çipseti olan Exynos 990 istifadə edir.

    Xiaomi Mi 10E smartfonu Samsung istehsalı olan Exynos 990 çipsetindən istifadə edəcək!

            Test nəticəsinə görə Mi 10E modeli 8 Gb rama malik olacaq və Android 10 əməliyyat sistemi istifadə edəcək. Xiaomi ümumiyyətlə flaqman modellərinin ucuz versiyalarında belə həmişə Snapdragon çipseti istifadə edərkən bu səfər Exynos istifadə etməyi seçib.
            Exynos 990 biraz problemli bir çipsetdir. Son zamanlarda bizim də haqqında bir çox xəbər yazdığımız bu çipsetdən Samsung istifadəçiləri şikayət edir. Şikayətlərin əsas səbəbi isinmə problemlərinin olması, vəd edilən performansı verə bilməsəsi və s.-dir. Xiaomi-nin niyə belə bir addım atdığı hələki məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər