main-post-cover

    Xiaomi Mi 7 -nin yeni fotosu sızdırıldı

    03.04.2018
    Farid Pardashunas
        Keçən ay Mi Mix 2S-in təqdimatından sonra Xiaomi şirkəti indi də növbəti flaqman modeli Mi 7-nin təqdimatına hazırlaşır. İnternetə sözügedən smartfonun real fotoları sızdırılıb və həmin fotolar sayəsində smartfonun dizaynı və bəzi özəllikləri barəsində məlumatlar əldə etmək mümkündür. Beləliklə sızdırılmış fotodan da görmək olar ki, Mi 7 iPhone X kimi ön panelin yuxarı hissəsində kiçik çıxıntıya sahib olacaq.

        Həmçinin arxa paneldə barmaq izi skanının olmaması o deməkdir ki, o, smartfonun ekranına inteqrasiya olunacaq. Həmçinin smartfon Face Unlock funksiyasını da əldə edə bilər. Şayiələrə inansaq Mi 7 naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Lakin smartfonun arxa paneli metal materiala bənzəyir. Bu faktor isə naqilsiz şarj dəstəyinin olmayacağına işarədir. Mi Mix 2S-in anonsundan kiçik zaman keçib. Buna görə də Mi 7-nin anonsunu yalnız bir neçə aydan sonra gözləmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər