Xiaomi Mi 7 ekranda barmaq izi sensoru ilə gələ bilər

Xiaomi Mi 7 ekranda barmaq izi sensoru ilə gələ bilər

Texnologiya
28.03.2018 PAYLAŞIM

Yaxın aylarda tanıdılması gözlənilən Xiaomi Mi 7 modeli ilə bağlı bır məlumat daha sızdı. Bir çox istifadəçinin gözlədiyi və istədiyi ekranda barmaq izi sensoru Mi 7 modeli ilə birliktə gələ bilər. MIUI qaynaq kodlarına əsasən əldə olunan məlumat ekranda barmaq izi sensoru ilə satışa çıxan ilk modellərdən biri Mi 7 modeli olacağını göstərir.

Xiaomi Mi 7 modelinin kod adı "dipper" olacaq və sızıntılara görə barmaq izi sensoru telefonun ekranında olacaq.    


MIUI interfeysinin MiuiKeyGuard adlı telefonun kilid ekranı ilə əlaqəli olan servisində SynapticsGoodix bazalı bir sıra kodlar aşkarlanıb. Bu kodlar isə barmaq izi sensorunun telefonun ekranına inteqrasiya edilmiş şəkildə olacağını göstərir. Mi 7 modelindən başqa "Ursa" kod adlı başqa bir Xiaomi flaqmaq modeli də satışa çıxacaq. Bu modelin Snapdragon 845, iPhone X tərzində çərtikli ekran və OLED ekran paneli ilə satışa çıxacağı məlum oldu. Ayrıca bu modeldə də SynapticsGoodix bazalı kodlar aşkarlandı. Hər 2 modelin "Optik Zoom" dəstəkli olacağı deyilir. Technote olaraq bizim fikrimiz isə, "Ursa" adındakı bu model satışa çox güman ki, Xiaomi Mi 7 Plus adı altında çıxacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Watch Color 2 smart saatı və naqilsiz Mi True Wireless Earphones 3 Pro qu..

Xiaomi şirkəti Civi adlı yeni smartfon ilə birlikdə həmçinin Xiaomi Watch Color 2 smart saatını və n..


Elektrikli moped üçün hazırlanmış yeni litium-karbon batareya enerjini 90 saniyə..

Almaniyadan olan mühəndislər elektrikli mopedlər üçün nəzərdə tutulmuş sürətli şarj texnologiyalı ye..


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..

×