main-post-cover

    Xiaomi Mi 7 haqqında bütün bilinən məlumatlar

    13.03.2018
    Nijat Hamid
    Son illərdə çinli telefon şirkətləri öz cihazları və qiymətləndirmə sistemləri ilə dünyada uğurlar qazanmağa davam edir.
        Belə ki, bu firmalardan biri olan və ölkəmizdə də xeyli istifadəçisi olan "Xiaomi" şirkətinin son flaqman modeli olan Xiaomi Mi 7 modeli ilə "Samsung" "Apple" kimi şirkətlərə rəqib olmağa qərar verdi. Biz də Technote olaraq, bu yaxınlarda təqdim olunması gözlənilən Mi 7 modeli ilə bağlı bütün məlumatları sizlər üçün topladıq.
    May ayında təqdim edilməsi gözlənilən Xiaomi Mi 7 yenilənmiş dizayna və güclü texniki parametrlərə malik olacaq.    
       MWC 2018 konqressində tanıdılmayan və May ayına saxlanılan Mi 7 modeli rəqiblərində olduğu kimi ən yeni və güclü prosessor  Snapdragon 845 ilə istifadəçilərə təqdim olunacaq. Bu da o deməkdir ki, Mi 7 modeli keçən il tanıdılan Mi 6 modelinə nəzərən 30% daha güclü olacaq. Ayrıca Adreno 640 qrafik işləyicisi ilə hal-hazırki bütün mobil oyunları və sonraki 2 il ərzində çıxacaq bütün oyunları ən yüksək qrafik ayarlarında oynaya biləcəksiniz.
        Ayrıca yenilənən dizayn ilə Xiaomi Mi 7 digər şirkətlərin yüksək məbləğli flaqman modellərinə alternativ olaraq alına biləcək bir model olacaq. Telefonda 5.65 inch böyüklüyündə IPS ekran olacaq. Ayrıca telefonun ekran formatı Samsung S8/S9 modellərindəki kimi 18:9 nisbətində olacaq. 
        Telefonun 2 fərqli model olaraq satılacağı düşünülür. Bu modellərdən birinde 6 GB RAM və 64 GB daxili yaddaş, digər modeldə isə 8 GB RAM və 128 GB daxili yaddaş olacağı nəzərdə tutulur.
        Kamera xüsusiyyətlərinə gəldikdə isə Mi 7 modelində 2 arxa kamera olacaq. Bu kameraların hər ikisi 16 MPf/1.7 diafraqma genişliyində olacaq. Ayrıca Mi 6 modelindən fərqli olaraq OİS dəstəkli kameralar olacağı və 4k keyfiyyətində videolar çəkə biləcəyi deyilir. Telefonun ön kamerası isə 8 MP dəyərində olub Full HD videolar çəkmə bacarığına malik olacaq.
        Qeyd etmək lazımdır ki, Mi 6-dan ən böyük fərqi batareya tutumu olacaq. Belə ki, Xiaomi Mi 7 modelində 4480 mAh enerji tutumlu bir batareya olacaq. Technote olaraq deyə bilərik ki, bu həcmdə batareya olarsa, siz telefonu 2 günə yaxın bir vaxt ərzində fasiləsiz istifadə edə biləcəksiz.
        Android 8.0 Oreo ilə gələcək Xiaomi Mi 7 modelində barmaq izi sensoru arxada olacaq. Ayrıca Bluetooth v5, USB Type-C kimi dəstəklər də olacaq.
        Aşağıdakı GeekBench 4.1 performans test nəticələrinə baxmağı unutmayın.


    Linki kopyala