
Xiaomi Mi Mİx 2S-də olduğu kimi XDA saytının tərtibatçılarının əllərinə Mi 7 modelinin sistem yenilənməsinin faylları düşüb.
Bunun sayəsində Mi 7 modeli haqqında bəzi məlumatları əldə etmək mümkün olub. Məlumatlar arasında əsasən təsdiq olunub ki, smartfon yeni 8 nüvəli Snapdragon 845 prosessoru əsasında çalışacaq. Həmçinin faylların analizi əsnasında məlum olub ki, Mi 7 MIUI 9 interfeysli Android Oreo əməliyyat sisteminə sahib olacaq. Həmçinin smartfonda OLED ekranın olcağı da təsdiqlənib.
Bundan .əlavə olaraq smartfonun ekranının blok olunması
üçün nəzərdə tutulmuş MIUI tətbiqində həmişə aktiv ekran funksiyası da aşkar
edilib. Qeyd etmək lazımdır ki, bu funksiya hələki heç bir Xiaomi smartfonunda
olmayıb. Məlumata əsasən blok olunmuş rejimdə smartfon ekranında vaxt, tarix,
batareyanın enerji səviyyəsi və 3 bildiriş ikonu əks olunacaq. Bundan əlavə
olaraq fayllar arasında ikili arxa kamera, ikili SIM kart girişi, infraqırmızı
ötürücü, təsvirin elektron stabilizasiyası və s. kimi özəlliklərin olacağı da
aşkar edilib. Batareya həcminin 3170 mAh olacağı güman olunur. Mi 7-nin təqdimat
tarixi məlum olmasa da, onun MWC 2018 tədbirində göstəriləcəyi istisna deyil.
Şərh yoxdur