
Məlumatlara əsasən Xiaomi Mi 7 modeli gələn ayın sonunda keçiriləcək MWC 2018 konfransında təqdim olunacaq.
İndi isə Naijatechguide adlı mənbə sözügedən flaqman modelinin arxa panelinin fotosunu təqdim edib. Əgər təqdim olunmuş foto Xiaomi Mi 7-nin həqiqətən də arxa panel fotosudursa, smartfonun xarici görünüşü heç bir təəccüb yaratmır. Fotoda smartfonun əyilmiş arxa paneli əks olunub. Korpusun hansı materialdan hazırlandığı bilinmir.
Arxa paneldə
horizontal vəziyyətli ikili arxa kamera, yuxarı sol tərəfdə ikili işıqlandırma
sistemi, dairəvi şəkildə barmaq izi skanı və Mi loqosu yerləşir. Bir sıra məlumatlara
əsasən Xiaomi Mi 7 18:9 nisbətli 5.8 inç AMOLED ekran, Gorilla Glass 5 qoruyucu
şüşə, Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş, f/1.7
diafraqmalı 19 MP-lik ikili arxa kamera, 16 MP-lik ön kamera və 3950 mAh enerji
tutumlu batareya ilə təchiz olunacaq.
Şərh yoxdur