Xiaomi Mi 7-nin naqilsiz şarj ilə gəlməsi gözlənilir

Xiaomi Mi 7-nin naqilsiz şarj ilə gəlməsi gözlənilir

Texnologiya
23.09.2017 PAYLAŞIM

Münasib qiymətli məhsullarıyla könüllərdə taxt quran Xiaomi, Apple-ın da ilk dəfə bu il modellərində istifadə etdiyi  naqilsiz şarj xüsusiyyətini  yeni məhsullarında istifadə edəcəkmi?Uzun bir müddətdir Samsung-un smartfonlarda etdiyi irəliləyişlərdən sonra Apple-ın da yeni iPhone modellərində istifadə etdiyi naqilsiz şarj xüsusiyyəti, görünən o ki Xiaomi-yi də hərəkətə keçirib.

İki kamera qurğusunun istifadə edilməsi iPhone 7 Plus modelindən sonra artım göstərdiyi kimi naqilsiz şarj dəstəkli smartfonları iPhone 8 ailəsi və iPhone X-dən sonra daha çox görəcək kimiyik.


Bu baxımdan, smartfon bazarının əsas oyunçularından biri olan Xiaomi, Qi naqilsiz şarj platformasını inkişaf etdirmək üçün texnologiya şirkətləri tərəfindən təşkil edilən Wireless Power konsorsiyumuna qatıldı.Apple-da keçdiyimiz fevral ayında bu platformada iştirak etmiş və ardında təqdim etdiyi ilk iPhone modellərində naqilsiz şarj xüsusiyyətinə yer vermiş olması, Xiaomi-nin də  yeni flaqman modelində naqilsiz şarj xüsusiyyətinin istifadə ediləcək olmasına bir işarə olaraq göstərilir.

Xiaomi tərəfindən isə hələ mövzuyla əlaqədar rəsmi bir şərh gəlmiş deyil ancaq şirkətin artıq üzv olaraq görünməsi də ehtimalları artırır.

Xiaomi-nin yeni flaqman modelində Qualcomm-un ən yeni prosessorunun istifadə edilməsi gözlənilərkən 6 inç böyüklüyündə çərçivəsiz bir ekranın iştirak edəcəyi düşünülür.

Xiaomi Mi 7 modelində 8 GB RAM, 64/128 GB daxili yaddaş sahəsi, 21 MP kamera ilə ekrana inteqrasiya etmiş bir barmaq izi skanı yada üz tanıma texnologiyasından istifadə edilməsi gözlənilir. Cihazın rəsmi təqdimat tarixi isə hələ qeyri-müəyyənliyini qoruyur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..

×