main-post-cover

    Xiaomi Mi 8 Exploration Edition'un arxa qapağının əslində şəffaf olmadığı məlum oldu

    02.06.2018
    Farid Pardashunas
        Yeni Xiaomi Mi 8 flaqman smartfonu bir çoxlarının ürəyincə oldu. Əsasən də istifadəçi üzünün dəqiq 3D skan texnologiyasına və ekrana inteqrasiya olunmuş barmaq izi skanına sahib olan Exploration Edition modelini hamı bəyəndi. Qeyd etmək lazımdır ki, bu modelin arxa qapağı şəffafdır və onun sayəsində smartfonun daxili komponentlərini görmək olar. Lakin sonradan məlum olub ki, bu məsələdə təqdimat zamanı Xiaomi şirkəti də sonuna kimi dürüst olmayıb.

        Belə ki, təqdimatdan sonra smartfonun arxa qapağı tərəfdən smartfonun daxilindəki əsl komponentlərin görünməsinə şübhə ilə yanaşan bir sıra videolar yayıldı. Bir çoxları güman etdilər ki, Xiaomi şirkəti arxa qapağa sadəcə olaraq daxili komponentlərin stikerini yapışdırıb. Şirkət tez bir zamanda bu məlumatları inkar etsə də sonradan məsələnin əsl tərəfi ortaya çıxıb. Belə ki, şirkətin rəsmi saytında kiçik şriftlərlə məlumat yerləşdirilib ki, şəffaf qapağın altında heç bir funksionallığa sahib olmayan həcmli komponentlərin surəti yerləşdirilib. Yəni əsl işlək komponentlər həmin surətin altında yerləşir. Lakin buna baxmayaraq bu cür qərar qeyri-adi və effektli görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər