
Xiaomi Mi 9 haqqında ilkin məlumatlar verilib
Elm & Texnologiya
05.11.2018
Emil
Igeekphone adlı mənbə Xiaomi Mi 9 smartfonu haqqında ilkin məlumatları paylaşıb. Mənbənin verdiyi məlumata əsasən Xiaomi Mi 9 Qualcomm şirkətinin 7 nanometrlik texnoloji proses əsasında hazırladığı yeni 8 nüvəli Snapdragon 8150 prosessorunu əldə edəcək ilk smartfon olacaq. Bundan əlavə olaraq smartfon 48 MP-lik Sony IMX586 arxa kamerası ilə təchiz olunacaq. Bununla yanaşı Xiaomi Mi 9-un 6/8/10 GB RAM versiyalarında təqdim olunacağı və smartfonun ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasına sahib olacağı güman edilir. Bu məlumatlar hələki şayiə kimi qəbul olunduğundan smartfonun dəqiq texniki göstəriciləri və təqdimat tarixi barəsində məlumatlar hələki yoxdur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
