
Xiaomi Mi A2-nin texniki göstəriciləri sızdırıldı
Elm & Texnologiya
02.04.2018
Emil
Keçən il Xiaomi şirkəti öz
tarixində ilk dəfə MIUI interfeysinin olmadığı təmiz Android əməliyyat sistemli Mi
A1 smartfonunu satışa çıxartmışdı. İndi isə şirkət Mi A2 üzərində çalışır.
Xiaomi Mi A2-nin artıq konseptual fotosu ortaya çıxmışdı. İndi isə onun
texniki göstəriciləri barəsində məlumatlar sızdırılıb. Beləliklə smartfon 18:9
nisbətli 2160x1080 piksel keyfiyyətli 5.99 inç Full-HD+ ekran, Snapdragon 626 prosessoru,
4 GB RAM və 64 GB daxili yaddaş və 2910 mAh enerji tutumlu batareya ilə təchiz
olunacaq.

Kameralara gəldikdə isə cihaz biri 20 MP (f/2.0 diafraqma) digəri isə
8 MP (f/1.8 diafraqmalı) olmaqla ikili arxa kameraya sahib olacaq. Güman olunur
ki, arxa kamera faza təyini avtofokusu (PDAF) və təsvirin optik stabilizatoru
(OIS) özəlliklərinə sahib olacaq. Smartfon həmçinin f/2.0 diafraqmalı 20 MP-lik ön kamera ilə də təchiz olunacaq. Xiaomi Mi A2 Android 8.1 Oreo əməliyyat sistemi
vasitəsilə çalışacaq və Android One proqramının bir hissəsi olacaq. Məlumata əsasən
smartfonun dizaynı Xiaomi Redmi Note 5 Pro modelinin dizaynına bənzəyəcək. Hal
hazırda yeni modelin qiyməti və təqdim
olunma tarixi barəsində heç bir məlumat yoxdur. Çox güman ki, Mi A1 kimi
Mi A2 də bu ilin İyul ayında təqdim olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
