
Xiaomi Mi Band 3-ün qiyməti anonsdan öncə məlum oldu
Elm & Texnologiya
29.05.2018
Emil
GizChina.it saytının verdiyi məlumata
görə Xiaomi şirkətinin online mağazasında yeni Mi Band fitnes qoılbağının səhifəsi
ortaya çıxıb. Həmin səhifə yeni nəsil qolbağın texniki göstəriciləri barəsində
məlumat verməsə də onun qiymətini ortaya qoyub. Beləliklə Mi Band 3 fitnes qolbağı Çin bazarında 26$
qiymətinə satılacaq. Hal hazırki Mi Band 2 modeli 22-24$ qiymətinə satılır. Məlumatlara əsasən
Mi Band 3 bir qədər böyüdülmüş OLED ekran, xüsusi jestlərlə idarəetmə sistemi,
Bluetooth 4.2 və IP67 standartı üzrə sudan qorunma özəlliyi ilə təchiz
olunacaq. Qeyd etmək lazımdır ki, Mi Band 3 Xiaomi Mi 8 ilə birlikdə 31 May
tarixində təqdim olunacaqlar.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
