main-post-cover

    Xiaomi Mi Band 5 fitnes qolbağı artıq bu həftə təqdim oluna bilər

    Elm & Texnologiya
    01.04.2020
    Emil Nəcəfov
        Xiaomi şirkətinin Mi Band 5 fitnes qolbağı üzərində çalışması xəbəri hələ keçən ilin sonunda ortaya çıxmışdı. Ortaya çıxmış yeni məlumata əsasən isə qolbağın təqdimatı artıq çox yaxındır. Bu barədə Gizmochina saytı xəbər verib. Xiaomi şirkətinin tərkibinə daxil olan Mijia brendinin təqdim etmiş olduğu poster Mi Band 5-in yaxın zamanda təqdim olunacağına işarə edir.
        Təqdim edilmiş posterdə qeyd edilib ki, IDC adlı beynəlxalq şirkətin məlumatlarına əsasən Xiaomi şirkəti 2014-2019 illər üzrə 100 milyondan çox daşınıla bilən cihaz satıb. Sözügedən brend həmçinin 3 aprel tarixində baş tutacaq Mi Fan Festival tədbirinin canlı yayımına pərəstişkarları dəvət edib. Qeyd etmək lazımdır ki, həmin tədbir çərçivəsində Xiaomi şirkəti 22 ədəd yeni məhsul təqdim edəcək. İnsayderlərin proqnozlarına əsasən isə həmin məhsullar arasında həm də Mi Band 5 fitnes qolbağı olacaq. Buna həmçinin tədbirin reklam posteri də işarə edir. Belə ki, həmin posterdə bir neçə ədəd smart qolbaq və saat əks olunublar.
    Linki kopyala