main-post-cover

    Xiaomi Mi Band 5 fitnes qolbağının ilk real fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    03.05.2020
    Emil Nəcəfov
        İnternetdə Xiaomi şirkətinin Mi Band 5 adlı yeni fitnes qolbağının ilk real fotoları ortaya çıxıb. Bu barədə Slashleaks saytı xəbər verib. Fotolardan da görmək olar ki, yeni fitnes qolbağın dizaynında diqqəti cəlb edəcək səviyyədə dəyişiklik ediləcək. Belə ki, Mi Band 5 əvvəlki modellər ilə müqayisədə çərçivəsiz oval şəkilli ekran ilə təchiz olunacaq. Bundan əlavə olaraq ekranın alt hissəsində çıxıntı yerləşdirilib.
        Ehtimal olunur ki, həmin çıxıntı hissənin daxilində ya kamera ya da fiziki düymə yerləşdiriləcək. Son məlumata əsasən Mi Band 5 qolbağı NFC modul əldə edəcək və bütün dünyada kontaktsız ödənişlər üçün istifadə edilə biləcək. Bununla yanaşı məlumata əsasən qolbaq 1.2 düym ekran ilə təchiz olunacaq. Təəssüflər olsun ki, ortaya çıxmış fotoların həqiqətən də Mi Band 5-ə məxsus olduqları güvənli mənbələr tərəfindən təsdiqlənməyib. Buna görə də həmin fotolara bir qədər şübhə ilə yanaşmaq lazımdır.
    Linki kopyala