main-post-cover

    Xiaomi Mi Band 5-in ilk rəsmi fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    08.06.2020
    Farid Pardashunas
        İnternetdə Xiaomi Mi Band 5 fitnes qolbağının ilk rəsmi fotosu ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Ortaya çıxmış foto vasitəsilə fitnes qolbağın xarici görünüşünü və onun bəzi özəlliklərini görmək olar. Beləliklə ortaya çıxmış fotodan da görmək olar ki, Mi Band 5 xarici görünüşcə hal hazırda aktual olan Mi Band 4-ün xarici görünüşündən heç də fərqlənmir. Bundan əlavə olaraq Mi Band 5 modeli 4 rəngdə satışa çıxacaq. Yeni fitnes qolbaq rəngli OLED ekran əldə edəcək. Həmçinin cihaz yeni idman rejimlərinə, menstrual dövrlərin izlənməsi funksiyasına və kontaktsız ödənişlər üçün NFC modula da sahib olacaq. Qeyd etmək lazımdır ki, Mi Band 5-in təqdimatı 11 iyun tarixində baş tutacaq. Onun Çindəki qiyməti 25$-30$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər