
Xiaomi Mi Band 5 qolbağının rəsmi təqdimat tarixi elan edildi
Elm & Texnologiya
01.06.2020
Emil
Çinin WeChat sosial şəbəkəsindəki Xiaomi Mall adlı ictimai səhifəsində Xiaomi Mi Band 5 fitnes qolbağının təqdimat tarixi elan edilib. Beləliklə Xiaomi Mi Band 5 qolbağı 11 iyun tarixində təqdim olunacaq. Bu barədə Gizchina saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Mi Band 4 qolbağı da keçən il 11 iyun tarixində təqdim olunmuşdu. Beləliklə fitnes qolbağın beşinci nəsli dördüncü nəslin təqdimatından tam 1 il sonra təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən Xiaomi Mi Band 5 qolbağı 1.2 düym ekran, qandakı oksigen səviyyəsini ölçən ötürücü, Amazon Alexa səsli köməkçisi və NFC modul ilə təchiz olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
