Xiaomi Mi Band 6 smart qolbağının sahib olacağı özəlliklər barədə məlumatlar verilib

Xiaomi Mi Band 6 smart qolbağının sahib olacağı özəlliklər barədə məlumatlar verilib

Texnologiya
25.01.2021 PAYLAŞIM

    Xiaomi şirkəti özünün Mi Band smart qolbaq seriyasını yeniləmək üzrədir. Belə ki, internetdə Mi Band 6-nın özəllikləri barəsində məlumatlar ortaya çıxıb. Həmin məlumatlar isə Zepp adlı tətbiqin kodunda aşkar edilib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən şirkət hal hazırda Pangu kod adına sahib iki smart qolbaq üzərində çalışır. Onlardan biri XMSH15HM, digəri isə XMSH16HM model nömrəsinə sahibdir. Güman olunur ki, söhbət, smart qolbağın adi və NFC dəstəkli versiyasından gedir.


    Yeni smart qolbağın əsas özəllikləri arasında bir qədər böyüdülmüş ekran, Alexa səsli köməkçisinin dəstəyi və yenilənmiş interfeys var. Bununla yanaşı sözügedən qolbaq GPS, ürək döyüntülərinin ölçülməsi və Pomodoro tətbiqinin dəstəyini əldə etməlidir. Qeyd etmək lazımdır ki, bu tətbiq istifadəçiyə iş zamanı fasiləyə ayrılmasını xatırlatmaq üçün nəzərdə tutulmuş smart tətbiqdir.

    Məlumatda qeyd olunub ki, əvvəlki Mi Band modellərindən fərqli olaraq Mi Band 6-da istifadəçinin yuxu üzrə monitorinq məlumatları birbaşa qolbağın ekranında əks olunacaq. Bununla yanaşı smartfondan istifadə etməyərək birbaşa qolbaqda zəngli saatı qurmaq mümkün olacaq. Smart qolbağın digər özəllikləri arasında stress səviyyəsinin ölçülməsi, 30 idman rejiminin dəstəyi və əldə olunan mesajlardakı smayliklərin qolbaq ekranında əks olunması olmalıdır. Məlumata əsasən Mi Band 6 ya yaz fəslində ya da yay fəslinin əvvəlində təqdim olunmalıdır. Smart qolbağın hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×