main-post-cover

    Xiaomi Mi Mix 3 ilə birlikdə daha bir smartfon modeli də təqdim olunacaq

    Elm & Texnologiya
    07.10.2018
    Farid Pardashunas
        Son sızdırılmış məlumatlara əsasən Xiaomi Mi Mix 3 flaqman modeli artıq bu ay təqdim olunmalıdır. İndi isə məlum olub ki, Xiaomi şirkəti Mi Mix 3 ilə birlikdə daha bir smartfon modelini də təqdim edəcək. Paylaşılmış fotoda qeyd olunub ki, Mi Mix 3 ilə yanaşı həmçinin Mi Note seriyasının yeni modeli də təqdim olunacaq. Qeyd etmək lazımdır ki, Mi Mix 3 barəsində məlumatlar artıq əvvəlki sızıntılarda ortaya çıxmışdı. Lakin Mi Note 4 barəsində heç bir məlumat yoxdur. Mi Note seriyasının birinci və ikinci nəsli flaqman özəlliklərə sahib idi. Lakin keçən il təqdim olunmuş Mi Note 3 modeli orta büdcəli smartonlardakı kimi özəlliklərə sahib idi. Güman olunur ki, yeni Mi Note 4 8 nüvəli Snapdragon 710 prosessoru və böyük ölçülü ekranla təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Mi Mix 3-ün təqdimatı 15 Oktyabr tarixində gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər