
Xiaomi Mi Mix 3-ün ilk videosu sızdırıldı
Elm & Texnologiya
04.09.2018
Emil
Bir sıra məlumatlara əsasən Xiaomi
şirkəti bu ayın ortasında Mi Mix 3 smartfonunu təqdim edəcək. Yeni modelin əsas
özəllikləri arasında isə maksimal dərəcədə nazik çərçivələr və ön kamera ilə
danışıq üçün səsgücləndiricinin xüsusi slayder bölmədə yerləşməsi olacaq.
Görünür, dəbə yenidən slayder özəlliklərə sahib smartfonlar düşəcək. Bir çox
şirkətlər öz smartfon modellərində tamamilə çərçivəsiz ekrana nail olmaq üçün
bu cür addımı atmalı olurlar. Digər dizayn özəllikləri barəsində isə yeni
smartfon keçən ilki modeldən demək olar ki, fərqlənməyəcək. Çox güman ki, Mi
Mix 3 Snapdragon 845 prosessoru, 8 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz
olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
