main-post-cover

    Xiaomi Mi Mix 3'ün təqdimat tarixi rəsmi olaraq elan edildi

    16.10.2018
    Farid Pardashunas
        Xiaomi şirkəti özünün çərçivəsiz Mi Mix 3 flaqman modelinin təqdimat tarixini rəsmi olaraq elan etdi. Beləliklə Weibo sosial şəbəkəsində Xiaomi şirkəti tərəfindən paylaşılmış posterə əsasən Mi Mix 3 25 Oktyabr tarixində Pekində təqdim olunacaq. Bundan əlavə olaraq şirkət tərəfindən paylaşılmış daha bir foto sayəsində belə qənaətə gəlmək olar ki, Mi Mix 3 5G texnologyasına və 10 GB RAM-a sahib olacaq. Təəssüflər olsun ki, smartfon barəsində digər əlavə məlumat yoxdur. Əvvəlki məlumat sızıntısına əsasən Mi Mix 3 slayder formatında hazırlanacaq. Bundan əlavə olaraq smartfonun 6.4 inç AMOLED ekran, Snapdragon 845 prosessoru, 8 GB RAM, ikili arxa kamera və ekrana inteqrasiya olunmuş barmaq izi skanı ilə təchiz olunacağı gözlənilir. Çox güman ki, smartfon MIUI 10 interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər