
Xiaomi Mi Mix 3-ün yeni real fotoları sızdırılıb
Elm & Texnologiya
09.07.2018
Emil
Son bir neçə gün ərzində Xiaomi Mi
Mix 3 flaqman modeli barəsində bir çox məlumat ortaya çıxıb. Onlardan bəziləri
şayiə olsa da, bəzi istifadəçilər sözügedən smartfonun real fotolarını təqdim
edirlər. Bu cür fotolar isə bizlərə həmin smartfon barəsində bir xeyli məlumat
verir. Yayılmış yeni fotolar bu smartfon barəsində internetdə gəzən əsas məlumatı
təsdiqləyir. Belə ki, ekran tamamilə çərçivəsizdir və onun üzərində çıxıntı
hissə yoxdur.

Başqa sözlə desək, smartfonun dizaynı idealdır. Bununla yanaşı bu
cür dizayn ön kameranın yuxarı hissədəki xüsusi platformada yerləşməsi
ideyasına əlavə arqumentdir. Bundan əlavə olaraq barmaq izi skanı texnologiyası
da gözə dəymir. Çox güman ki, şirkət həmin texnologiyanı birbaşa ekrana
inteqrasiya edəcək. Bu texnologiya artıq Xiaomi Mi8 flaqman modelində istifadə
olunur. Buna görə sözügedən texnologiyanın yeni flaqman modelində də olma
ehtimalı çox yüksəkdir. Xiaomi Mi Mix 3-ün Sentyabr ayında təqdim olunacağı
güman edilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
