Xiaomi Mi Mix 4-ün ilk Geekbench test nəticələri ortaya çıxdı

Xiaomi Mi Mix 4-ün ilk Geekbench test nəticələri ortaya çıxdı

Texnologiya
12.12.2019 PAYLAŞIM

    Xiaomi şirkəti artıq təsdiqləyib ki, o, yeni Mi Mix smartfon modeli üzərində çalışır. Dünən şirkətin ortaya çıxmış reklam posterində Mix adı aşkar edilmişdi. İndi isə smartfonun ilk Geekbench test nəticələri ortaya çıxıb. Bu barədə Slashleaks saytı xəbər verib. Beləliklə Mi Mix 4 smartfonu Geekbench-in birnüvəli testində 728 xal, çoxnüvəli testində isə 2776 xal toplayıb.


    Maraqlısı ondadır ki, Geekbench testlərindən keçmiş model Android 9 əməliyyat sistemi vasitəsilə çalışıb. Lakin şirkət smartfonu Android 10 ilə təchiz edə bilər. Geekbench test nəticələrinə əsasən demək olar ki, Mi Mix 4 smartfonu Qualcomm-un 1.78 GHz tezlikdə çalışan prosessoru ilə təchiz olunub. Çox güman ki, bu, Snapdragon 855 Plus modelidir.

    Əvvəlki məlumat sızıntılarına əsasən smartfonun əsas özəlliyi ondan ibarət olacaq ki, onun ön kamerası birbaşa ekrana inteqrasiya ediləcək. Bundan əlavə olaraq smartfon 4 arxa kamera ilə təchiz olunmalıdır və onlardan biri 108 MP-lik olmalıdır. Smartfon 10 yanvar tarixində CES 2020 sərgisində təqdim olunmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×