main-post-cover

    Xiaomi Mi Note 10-un texniki göstəriciləri sızdırıldı

    Elm & Texnologiya
    17.10.2019
    Farid Pardashunas
        İlk fotoların ortaya çıxmasından bir neçə gün sonra insayderlər Mi Note 10-nun iştirakında edilmiş fotosessiya fotolarını təqdim ediblər. Təqdim edilmiş yeni fotolar hələ təqdim edilməmiş smartfonun xarici görünüşündən əlavə olaraq onun hansı texniki göstəricilərə də sahib olacağını əks etdirirlər. Bu barədə 4pda saytı xəbər verib. Mi Note 10-u sərgiləyən fotoları məşhur hindistanlı insayder Mukul Sharma təqdim edib.
        Təqdim edilmiş fotolarda smartfonun texniki özəllikləri AIDA64 tətbiqi vasitəsilə smartfon ekranında əks olunur. Əgər bu fotolar həqiqətən də Mi Note 10-a aiddirsə deməli smartfon Qualcomm şirkətinin 2.84 GHz tezlikdə çalışan prosessoruna sahib olacaq. Bununla yanaşı smartfon 6 GB RAM, 128 GB daxili yaddaş həcmi və Adreno 650 qrafik sürətləndirici ilə təchiz olunacaq.
        Xiaomi Mi Note 10 şirkətin böyük ekranlı smartfon modeli kimi təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən şirkət həmçinin Mi Note 10 üçün stilus da təqdim edəcək. Gözləntilərə əsasən Mi Note 10 modeli 24 oktyabr tarixində təqdim ediləcək. Lakin daha öncədən şirkət bildirmişdi ki, o, ilin sonuna kimi Mi Note seriyasını yeniləməyi planlaşdırmır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər