Logo
    main-post-cover

    Xiaomi Mi Note 3-ün render fotosu sızdırılıb

    Elm & Texnologiya
    31.05.2017
    Emil

    Belçikanın MobileXpose adlı saytı, anonsu olunmamış Xiaomi Mi Note 3-ün render fotolarını təqdim edib.

    Saytın verdiyi məlumata əsasən göstərilmiş render foto, təqdim olunacaq smartfona görünüşcə çox yaxındır. Render fotodan da görnür ki, xarici görünüşcə Xiaomi Mi Note 3, Galaxy S8 ilə Xiaomi Mi 6-nın birləşmiş versiyasına bənzəyir. Təqdim olunacaq yeni smartfonun qıraqları əyilmiş şəkildə olacaq və minimal çərçivə ölçülərinə sahib olacaq. Bundan əlavə olaraq Mi Note 3, şaquli şəkildə yerləşdirilmiş işıqlandırma sisteminə sahib ikili ön kamera ilə təchiz olunacaq. Bir sıra məlumatlara əsasən Mi Note 3, 5.7 inç Quad HD ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş, 4000 mAh enerji tutumlu batareya və ikili arxa kamera ilə təchiz olunacaq. Smartfon təqribi olaraq İyun ayında satışa çıxacaq.

    Paylaş
    Bənzər xəbərlər