
Xiaomi Mi Watch'un real fotosu təqdim edildi
Elm & Texnologiya
04.11.2019
Emil
Artıq sabah Xiaomi şirkəti CC9 Pro smartfon modeli ilə yanaşı həmçinin öz yeni smart saat modeli olan Mi Watch-u təqdim edəcək. İndi isə internetdə sözügedən smart saatın real fotosu ortaya çıxıb. Həmin fotonu isə şirkət əməkdaşı təqdim edib. Bu barədə Gizchina sayt xəbər verib. Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, smart saat kənarları əyilmiş ekrana sahib olacaq.

Bundan əlavə olaraq fotoya əsasən demək olar ki, Mi Watch modeli Dark Mode rejimli MIUI yenilənməsini də dəstəkləyəcək. Bəzi məlumatlara əsasən Mi Watch Google servislərinin dəstəyinə sahib təkmilləşdirilmiş əməliyyat sistemi ilə bazara çıxa bilər. Həmçinin qeyd etmək lazımdır ki, smart saat kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul və bir çox faydalı tətbiqlər ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
