Xiaomi Mi9 flaqman smartfonunun real fotosu sızdırıldı

Xiaomi Mi9 flaqman smartfonunun real fotosu sızdırıldı

Texnologiya
04.02.2019 PAYLAŞIM

    Gözləntilərə əsasən bu ayın sonunda Xiaomi şirkəti özünün yeni flaqman modeli olacaq Mi9 smartfonunu təqdim edəcək. Bundan əvvəl sözügedən smartfonun yalnız render fotoları ortaya çıxırdı. İndi isə smartfonun real fotosu ortaya çıxıb. Bu barədə Slashleaks saytı xəbər verib. Yayılmış fotoda bilinməyən şəxs sözügedən smartfonu öz əlində tutub. Mənbənin verdiyi məlumata əsasən bu məhz Mi9 smartfonudur. Bunu həmçinin smartfonun arxasında olan üçlü kamera və Mi loqosu da təsdiqləyir.


Bənzər xəbər


    Fotodan da görmək olar ki, smartfon bir qədər böyük ölçüyə sahibdir və onun arxa paneli şüşədən hazırlanıb. Arxa panelin özü isə göy-bənövşəyi qradient rəngdədir. Smartfonu əlində tutmuş şəxs öz əli ilə smartfonun kamera hissəsini örtüb. Lakin buna baxmayaraq arxa paneldə üç kamera modulunun olduğunu görmək olar. Bu fotonun yayılmasından sonra məşhur insayder Ben Geskin smartfonun əvvəlki render fotosunu yeniləyib. Beləliklə yeni render fotosuna əasən smartfonun arxa kameraları bir hissədə yerləşir və üçüncü kameranın aşağı hissəsindı işıqlandırma sistemi yerləşir. Smartfonun ekranında olan çıxıntı hissə isə yerində qalıb.


    Məlumata əsasən Xiaomi Mi9 smrtfonu 19;9 nisbətli 6.4 düym AMOLED ekran, Snapdragon 855 prosessoru, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 3500 mAh enerji tutumlu batareya, 48 MP (Sony IMX586 kamera modulu) + 12 MP + 3D TOF (Time Of Flight) üçlü arxa kamera və 24 MP-lik (Sony IMX576 kamera modulu) ön kamera ilə təchiz olunacaq. Smartfon MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq Son məlumatlara əsasən Xiaomi Mi9 smartfonu bu ayın sonunda keçiriləcək MWC 2019 sərgisində təqdim ediləcək və onun standart versiyası 436$ qiymətinə sahib olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×