Xiaomi Mijia Glasses Camera adlı smart eynəyini təqdim edib - QİYMƏTİ

Xiaomi Mijia Glasses Camera adlı smart eynəyini təqdim edib - QİYMƏTİ

Texnologiya
01.08.2022 PAYLAŞIM

    Xiaomi şirkəti öz smart eynəyini təqdim edib. Təqdim edilmiş smart eynək Mijia Glasses Camera adını əldə edib. Məlumata əsasən şirkət sözügedən eynək üzərində 2 il ərzində çalışıb və digər şirkətlərin bu sahədə olan prototip cihazlarından fərqli olaraq Mijia Glasses Camera kütləvi istehsala və satışlara hazır olan bir məhsuldur. Bununla belə onun qiyməti orta büdcəli smartfonun qiyməti ilə eynidir. Bu smart eynək xarici görünüşcə adi eynəyə bənzəmir. Eynək olduqca böyük ölçüyə sahibdir və onun şüşələrinin kənar hissələrində kameralar yerləşir. Eynəyin çəkisi 100 qramm təşkil edir. Mijia Glasses Camera Qualcomm prosessoru, 3 GB RAM32 GB daxili yaddaş həcmi ilə təchiz olunub.


    Eynəyin smartfonla sinxronlaşdırılması üçün onda Wi-Fi modul və Bluetooth 5.0 texnologiyası reallaşdırılıb. Smart eynəyin smartfondan müstəqil şəkildə çalışıb-çalışmadığı məlum deyil. Smart eynək özündə Sony istehsalı olan 0.23 düym micro-OLED ekranı birləşdirir. Məlumatda qeyd edilib ki, istifadəçi hətta günəşli havada da ekrandakı məlumatları tam aydın şəkildə görə bilər. 50 MP-lik əsas kamera və 8 MP-lik periskop kamerası optik stabilizasiya sistemi ilə birlikdə 5 qat optik və 15 qat rəqəmsal zoom-u təmin edirlər. Eynək həmçinin 1020 mAh enerji tutumlu batareyaya sahibdir.

    Xiaomi-nin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra bu smart eynək 100 dəqiqə ərzində video çəkiliş rejimində çalışa bilir. 10 vatt gücündə olan maqnit şarj sistemi vasitəsilə eynək 80% enerjini 30 dədiqə ərzində yığır. Eynəyin imkanları barəsində məlumat çox azdır. Məlumdur ki, o, videolar və fotolar çəkə bilir. Daha sonra isə istifadəçi öz istəyinə uyğun olaraq çəkilmiş videoları və ya fotoları smartfonunda redaktə edə bilər. Bundan əlavə olaraq sözügedən eynək bir dildən digər dilə tərcüməni reallaşdıra və artırılmış reallıq rejimində müxtəlif kontentləri əks etdirə bilər. Çində ilk alıcılar üçün eynək 370$-a satılacaq. Lakin onun pərakəndə satış qiyməti 400$ təşkil edəcək.



DAHA ÇOX


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..


Qualcomm-un yeni texnologiyası AR funksiyaları rahat şəkildə Android-ə inteqrasi..

Qualcomm şirkəti AR texnologiyalara həsr edilmiş konfrans çərçivəsində özünün bu sahə ilə bağlı hazı..


ASUS soyutma sisteminə sahib yeni monitorunu təqdim edib

ASUS şirkəti Computex 2023 sərgisi çərçivəsində əyilmiş dizaynda reallaşdırılmış ROG SWIFT OLED PG49..


WWDC 2023-də yenilənmiş Apple Mac Pro təqdim oluna bilər

5 iyun tarixində Apple şirkətinin WWDC 2023 konfransı start götürəcək.


Xiaomi-nin ilk elektromobilinin yeni real fotoları ortaya çıxıb

Xiaomi şirkəti aktiv şəkildə öz ilk elektromobili üzərində çalışmağa davam edir.


Qualcomm öz portativ oyun konsolunu hazırlaya bilər

İnsayderlərin verdikləri məlumata əsasən Qualcomm şirkəti bir neçə müddət bundan öncə Sony və Ninten..

×