Reklam
Xiaomi modellərinə MIUI 9.5 yenilənməsi gəlir

Xiaomi modellərinə MIUI 9.5 yenilənməsi gəlir

Texnologiya
21.03.2018 PAYLAŞIM

Çinli mobil telefon şirkətlərinin ən tanınmışlarından biri olan Xiaomi öz telefonlarında istifadə etdiyi MIUI interfeysi ilə istifadəçilərin sevimlisi olmuşdu. Digər şirkətlərin istifade etdiyi interfeyslərdən fərqli olaraq MIUI interfeysi daha göz oxşayan və tema dəstəyi ilə stabil və sürətli bir təcrübə yaşadırdı. Bu günlərdə isə şirkətin üzərində işlədiyi interfeysin son versiyası artıq yayımlanmağa başladı.

Android 7 üzərində qurulmuş MIUI 9.5 Global bəzi RedMi, Mi Mix və Mi Max modelləri üçün yayımlandı.    


MIUI forumlarında istifadəçilərin dediklərinə görə, artıq Redmi Note 3 Special Edition, Redmi Note 3 (Qualcomm), Redmi Note 4 (Qualcomm)/Redmi Note 4X, Mi Mix və Mi Max Prime modelləri üçün yenilənmə OTA(Telefon Daxili Yenilenmə) vasitəsilə yayımlandı. Mart ayının sonlarına qədər isə Redmi 3S, Redmi 4A, Redmi 4 Prime ve Redmi Note 4 (MediaTek) modelləri də bu yenilənməni alacaq. Ayrıca Xiaomi Note 5A/ Redmi Y1, Redmi Y1 Lite, Redmi 5A, Redmi 5, Redmi 5 Plus, Redmi Note 5, Mi Max 2, Mi 5, Mi 6, Redmi 4X ve Mi MIX 2 modellərinə Aprel ayının əvvəllərində, Mi 5s, Mi Note 2, Mi Note 3, Redmi Note 2, Redmi 3, Redmi 4, Mi 3, Mi 4, Mi MIX ve Mi 5s Plus modelləri üçün Aprel ayının sonlarında MIUI 9.5 hazır olacaq. Əgər yuxarıdakı cihazlardan hansısa 1-ini istifadə edirsinizsə unutmayın ki, yenilənmələr hər bölgəyə eyni anda verilmir. 2-3 gün bəzən də həftələrlə gecikmə ola bilər. Qeyd edək ki, yazdığımız tarixlər tam rəsmi elan edilməsə də, az bir gecikmə ilə yeni MIUI interfeysi istifadəçilər üçün yayımlanacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Havadan CO2 qazını yığan qurğuların ABŞ-da inşasına start verilib

ABŞ-da Project Bison adlı layihəyə start verilib. Sözügedən layihə havadan CO2 qazının yığılmasına v..


Avropada smartfonlar üçün holoqrafik videozəng texnologiyası hazırlanır

Deutsche Telekom, Orange, Telefonica və Vodafone mobil operatorları holoqram formatında videozənglər..


Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Həcmli səs formatı olan Dolby Atmos ilə HDR video formatı böyük məşhurluğa sahibdirlər.


NVIDIA pilotsuz avtomobillər üçün süni zəka əsaslı Drive Thor adlı yeni prosesso..

NVIDIA şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş Drive Thor adlı yeni prosessorunu təqdim ..


NIVIDA şirkəti GeForce RTX 4000 videokart seriyasını təqdim edib - QİYMƏTİ..

NVIDIA şirkəti rəsmi olaraq yeni GeForce RTX 4000 videokart seriyasnı təqdim edib.


Saniyədə 100 Mbit sürət: Starlink öz imkanlarını təyyarə sərnişinlərinə sərgiləy..

SpaceX şirkəti Starlink peyk internetinin yer səthindən 9000 metr hündürlükdə Youtube və Netflix-i ə..

×