Logo
    main-post-cover

    Xiaomi-nin avtomobil zavodunun ilk fotoları təqdim edilib

    Elm & Texnologiya
    10.10.2023
    Emil
         Çinin kütləvi informasiya vasitələri Xiaomi-nin Pekindəki avtomobil zavodunun ilk real fotolarını və peyk fotosunu təqdim ediblər. Təqdim edilmiş fotolarda 720 000 kvadrat kilometr ərazidə inşa edilmiş bir neçə obyekt əks olunub. Məlumata əsasən Xiaomi öz avtomobil zavodunun inşasına keçən ilin aprel ayında start vermişdi. Zavod artıq bu ilin iyun ayında təhvil verildi. Məlumata əsasən zavodun birinci hissəsinin gücü il ərzində 150 000 ədəd məhsul istehsalına bərabərdir.
         Zavod daxilində avtomobii istehsalı üçün nəzərdə tutulmuş bir neçə sex mövcuddur. Sexlərdən əlavə olaraq zavod ərazisində avtomobillərin testləri üçün xüsusi yol, laboratoriyalar və ofis binaları mövcuddur. Avqust ayında məlumat ortaya çıxmışdı ki, sözügedən zavod artıq test məqsədli istehsalata başlayıb və bu proses çərçivəsində həftədə 50 ədəd elektromobil istehsal edir. Bundan əlavə olaraq şirkət kütləvi istehsalat prosesinə hazırlıq çərçivəsində işçilərin işə qəbuluna da start verib. Qeyd etmək lazımdır ki, Xiaomi-nin ilk elektromobilinin gələn il satışa çıxacağı gözlənilir. Onun təqdimatı isə artıq bu il baş tuta bilər.
    Paylaş