main-post-cover

    Xiaomi'nin Cepheus kod adlı yeni flaqman smartfonunun bəzi məlumatları ortaya çıxdı

    08.01.2019
    Emil Nəcəfov
        Xiaomi şirkəti artıq yeni flaqman smartfonu üzərində çalışır. Bugün isə həmin flaqman modeli barəsində məlumatlar məşhur Geekbench bençmark saytında ortaya çıxıb. Beləliklə saytda ortaya çıxmış məlumata əsasən şirkətin yeni flaqman smartfonunun kod adı Cepheus-dur. O, 6 GB RAM-a və Android 9.0 Pie əməliyyat sisteminə sahibdir.
        Məlumatlar arasında smartfonun hansı prosessora sahib olduğu barəsində məlumat olmasa da Geekbench testlərinin nəticələrinə sasən belə qənaətə gəlmək olar ki, Xiaomi-nin yeni flaqman modeli Snapdragon 855 prosessoru ilə təchiz olunacaq.

        Belə ki, smartfon birnüvəli testdə 3475 xal, çoxnüvəli testdə isə 10872 xal toplayıb. Təəssüflər olsun ki, smartfon barəsində heç bir digər məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, smartfon genişformatlı ekran, ikili və ya üçlü arxa kamera və ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq.
    Linki kopyala