
Xiaomi-nin ilk elektromobili hansı qiymətə satılacaq?
Elm & Texnologiya
17.07.2023
Emil
Artıq məlumdur ki, Xiaomi öz ilk elektromobili üzərində çalışır. İndi isə şirkətin ilk elektromobilinin batareyasının bir hissəsinin fotosu ortaya çıxıb. Lakin fotoda ən maraq doğuran detal onun üzərində əks olunmuş texniki özəlliklər olub. Batareya üzərində olan stikerdə qeyd edilmiş məlumatlara əsasən batareyanın həcmi 101 kilovatt saat, gərginliyi 726.7 volt, çəkisi isə 642 kq təşkil edir. Qeyd etmək lazımdır ki, Tesla elektromobillərini də nəzərə alsaq, 101 kilovatt saat batareya həcmi bir çox elektromobillərdə olan batareya həcmindən daha yüksəkdir.
Müvafiq olaraq bu cür batareya heç də ucuz başa gəlmir. Nəticədə Xiaomi-nin ilk elektromobili daha öncə düşünüldüyü kimi ucuz qiymətə satılmaya bilər. Müqayisə üçün eyd etmək lazımdır ki, bu cür həcmdə batareyaya sahib Nio ES6 adlı elektromobil təqribi olaraq 56 000$-a, 100 kilovatt saat batareya həcminə sahib Zeekr 001 adlı elektromobil isə 42 000$-a satılır. Burdan da belə qənaətə gəlmək olar ki, Xiaomi-nin ilk elektromobili çətin ki, 40 000$-dan aşağı satış qiymətinə sahib olsun. Qeyd etmək lazımdır ki, şirkətin ilk elektromobili gələn il satışa çıxmalıdır.
Paylaş
Bənzər xəbərlər