Xiaomi-nin ilk elektromobili hansı qiymətə satılacaq və nə zaman satışa çıxacaq?

Xiaomi-nin ilk elektromobili hansı qiymətə satılacaq və nə zaman satışa çıxacaq?

Texnologiya
13.09.2022 PAYLAŞIM

    Xiaomi şirkəti elektromobil istehsalı məsələsində Çin Dövlət Avtomobil Şirkəti (BAIC) ilə vahid razılığa gələ bilməyib. İnsayderlərin verdikləri məlumatlara əsasən bu səbəbdən Xiaomi elektromobillərin istehsalı üçün nəzərdə tutulmuş fərdi zavodunu inşa edəcək. Şirkətin ilk elektromobili isə yaxın gələcəkdə satışa çıxacaq. İnsayderlər bildiriblər ki, Xiaomi-nin ilk elektromobili Tesla elektromobillərinə bənzəyən sedan olacaq. Gözləntilərə əsasən Xiaomi-nin ilk elektromobili Tesla-nın ən ucuz elektromobilindn daha aşağı qiymətə satılacaq.

    Belə ki, Xiaomi-nin ilk elektromobilinin 30 000$-a satılacağı güman edilir. Qeyd etmək lazımdır ki, Tesla-nın ən büdcəli elektromobili hesab edilən Model 3 ilk dəfə satışa çıxan zaman standart komplektasiyada 35 000$-a satılırdı. Bundan əlavə olaraq Xiaomi-nin elektromobili şirkətin fərdi avtopilot sistemini özündə birləşdirəcək. Elektromobilin bir dəfə şarj olunandan sonra nə qədər yol qətt edəcəyi və hansı texniki özəlliklərə sahib olacağı hələki bilinmir. Xiaomi-nin CEO-su olan Lei Jun daha öncə qeyd etmişdi ki, ilk Xiaomi elektromobili 2024-cü ildə satışa çıxacaq.


    Xiaomi nəqliyyat vasitəsi biznesinə daxil olan zaman qeyd etmişdi ki, o öz elektromobilinin yaradılmasına 1 milyard dollar investisiya yatırıb. Lakin Çinin müəyyən qanunvericiliklərində olmuş bəzi dəyişikliklər səbəbilə Xiaomi-nin öz elektromobilini hazırlama prosesi bir qədər ləngidi. Belə ki, Çinin yeni qanunvericiliyinə əsasən irimiqyaslı istehsala icazənin verilməsindən öncə dövlət şirkətin maliyyə və texnoloji imkanlarını yoxlamalıdır. Bu yeni qanunvericilik Çindən olan bəzi elektromobil istehsalçılarının nəticədə müflis olduqlarından sonra qüvvəyə minib.



DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×