
Xiaomi-nin ilk elektromobilinin keyfiyyətli fotoları ortaya çıxıb
Elm & Texnologiya
06.11.2023
Emil
Xiaomi şirkətinin ilk elektromobilinin fotoları daha öncə də ortaya çıxırdılar. Lakin indi daha keyfiyyətli fotolar təqdim edilib. Təqdim edilmiş fotolar elektromobilin daxili və xarici strukturuna nəzər yetirməyə imkan verirlər. Elektromobilin gövdəsinin fotoları böyük ehtimal Xiaomi zavodunun həyətində çəkilib. Elektromobilin gövdəsi üzərindəki xüsusi örtük onun dizaynını gizlətsə də, fotolardan da görmək olar ki, sedan olduqca geniş olacaq. Görünür, şirkət aerodinamika özəlliyinə olduqca ciddi diqqət ayırıb.

Bununla yanaşı elektromobilin qapıları ənənəvi açma mexanizmindən məhrum olublar. Həmin mexanizm düymə ilə əvəzlənib və hər 4 qapı üçün keçərlidir. Bundan əlavə olaraq qapı hissədəki səsgücləndirici üzərində Xiaomi yazısı xüsusi diqqət çəkir. Adətən avtomobil istehsalçıları öz avtomobillərindəki audio sistem məsələsində Sony, Harman & Kardon və Bang & Olufsen kimi brendlərə müraciət edirlər.

Lakin görünür, Xiaomi öz elektromobilində audio sistemi özü qurmaq qərarına gəlib. Şirkət əslində müxtəlif audio məhsulların istehsalı ilə məşğuldur və onun bu istiqamətdə təcrübəsi var. Şirkətin ilk elektromobili çox güman ki, çərçivəsiz qapıları və böyük ölçülü panoram tavanı əldə edəcək. Qeyd etmək lazımdır ki, Xiaomi elektromobili artıq gələn il satışa çıxmalıdır. İlk il ərzində 50-60 min elektromobil istehsal olunacağı gözlənilir.






Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
