
Xiaomi-nin ilk elektromobilinin keyfiyyətli render fotoları təqdim edilib
Elm & Texnologiya
28.03.2023
Emil
Çinli bloggerlərdən biri Xiaomi şirkətinin ilk elektromobilinin keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolar elektromobil barəsində daha öncə ortaya çıxmış məlumat sızıntıları əsasında hazırlanıb. Bununla belə render fotolarda elektromobil hər tərəfdən sərgilənib.
Bu render fotolar bir növ reklam xarakterli tizer fotoları imitasiya edirlər və onlarda əsas diqqət elektromobilin gövdəsinə ayrılıb. Render fotolarda həmçinin elektromobilin yuxarı hissəsindəki LiDAR skaneri, panoram tavanı və orijinal arxa faraları görmək olar. Xiaomi öz ilk elektromobilini hələ təqdim etməyib. Onun bu ilin sonuna kimi təqdim ediləcəyi gözlənilir. Elektromobilin kütləvi istehsalına gələn il start veriləcək və gələn il də satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər