main-post-cover

    Xiaomi-nin ilk elektromobilinin nə zaman istehsal ediləcəyi məlum olub

    Elm & Texnologiya
    07.03.2023
    Farid Pardashunas
        Bu ay Xiaomi şirkətinin elektrikli avtomobil istehsalı biznesinə daxil olmasını elan etməsindən 2 il ötür. Şirkətin CEO-su olan Lei Jun Çin parlamentində çıxış edib və öz çıxışı zamanı bildirib ki, Xiaomi elektromobil istehsalı sahəsinə artıq 435 milyon dollar investisiya yatırıb. 2021-ci ilin yaz fəslində Lei Jun qeyd etmişdi ki, şirkətin bu yeni sahəyə ilkin investisiya məbləği 1.45 milyard dollar təşil edəcək. Ümumilikdə isə şirkət yax;n 10 il ərzində bu biznesə 10 milyard dollar investisiya yatırmağı planlaşdırıb. Həmin vaxtdan şirkət elektromobil istehsalı ilə məşğul olacaq zavodun inşasını reallaşdırıb. Öz yeni çıxışı zamanı Lei Jun qeyd edib ki, Xiaomi-nin ilk elektromobilinin istehsalına 2024-cü ilin ortasında start veriləcək.
        O həmçinin əlavə edib ki, bir neçə müddət bundan öncə şirkətin ilk elektromobil prototipinin qış fəsli şəraitindəki testləri uğurla yekunlaşıb. Qeyd etmək lazımdır ki, Xiaomi-nin bu yeni layihəsi üzərində 2300 nəfər mütəxəssis çalışır və Lei Jun öz vaxtının yarısını məhz bu layihəyə həsr edir. Şirkətin ilk elektromobili artıq gələn il satışa çıxmalıdır. Onun təqdimatının bu il baş tutacağı gözlənilir. Bəzi məlumatlara əsasən şirkət iki elektromobil modelini təqdim edə bilər. Şirkətin bu yeni biznesi Xiaomi smartfonlarının satışlarının aşağı düşməsi fonunda şirkətə çox faydalı ola bilər. Qeyd etmək lazımdır ki, 2022-ci ilin statistikasına əsasən Xiaomi smartfonlarının satışları 20% aşağı düşüb. Elektromobil biznesi isə şirkətin yeni böyük gəlir mənbəyi ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər