
Xiaomi-nin ilk elektromobilinin yeni keyfiyyətli fotoları ortaya çıxıb
Elm & Texnologiya
15.11.2023
Emil
Avtomobil biznesinə daxil olmasının anonsundan təqribi olaraq 3 il sonra görünür, Xiaomi öz ilk elektromobilini təqdim etməyə hazırdır. Belə ki, verilmiş məlumata əsasən şirkət öz elektromobilinin satışları üçün nəzərdə tutulmuş lisenziyanın əldə olunması sorğusunu göndərib. Bununla yanaşı internetdə Xiaomi elektromobilinin keyfiyyətli render fotoları da ortaya çıxıb.

Ortaya çıxmış render fotolardan belə qənaətə gəlmək olar ki, elektromobilin flaqman versiyası spoylerlərə və ön şüşə üzərində LiDAR-a sahib olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, elektromobilin bütün gövdəsi üzrə çoxlu sayda kamera yerləşəcək. Onlar elektromobilin pilotsuz idarəsi imkanından cavabdeh olacaqlar. Elektromobil Xiaomi SU7 adını əldə edəcək və 3 versiyada satılacaq. Xiaomi SU7, SU7 Pro və SU7 Max. Elektromobilin kütləvi istehsalına gələn ay start veriləcəyi və gələn ayın fevral ayında satışa çıxacağı gözlənilir.



Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
